"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda mentor xidməti göstərilir

24 noyabrda Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarında müəllimlər üçün mentor xidməti davam etdi. Seminara gələn qonaqları 3 d sinif şagirdləri gül dəstələri ilə qarşıladı. Seminarın mövzusu "Bitkilər aləmi" ətraf aləmlə tanışlıq fənninə uyğun olaraq keçirildi. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini N.İsmayılov seminarda iştirak edən müəllimlərə uğurlar arzuladı. Bu xidmətin təşkil edilməsində əsas məqsəd "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda ixtisasartırma təlimlərində müəyyən bilik və bacarıqlar qazanmış müəllimlərə bir neçə ay ərzində mentorların köməyi ilə peşə səriştələrini artırmaq imkanı verməkdir.