Fənn metodbirləşmə iclasları keçirildi

Məktəbin Fəaliyyət planının 1.2.9-cu bəndinə uyğun olaraq müəllimin innovativ təcrübəsinin müəyyənləşdirilməsi, həmkara dəstək, elmi-metodiki tövsiyələrin və məktəbin test bankının hazırlanması, məktəbdə, mətbuatda qabaqcıl təcrübənin bölüşdürülməsi – həmkardan öyrənmək və öyrətmək, innovativ layihələrin hazırlanması və layihələrdə iştirak, pedaqoji heyətin davamlı peşəkar inkişafının təmin edilməsi məqsədilə noyabrın 16-da məktəbdə məktəb rəhbərliyinin və fənn metodbirləşmə sədrlərinin iştirakı ilə Metodik Şuranın iclas keçirildi. Sonra iclas ayrı-ayrı fənn metodbirləşmələrində davam etdi.