Konstitusiya və Milli Dirçəliş gününə həsr olunmuş dəyirmi masa keçirildi

  Noyabrın 14-də məktəbin illik Fəaliyyət planının 1.3.12-ci bəndinə müvafiq olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə məktəbin tarix müəllimi Şirmai Səfərovanın təşkilatçılığı Konstitusiya və Milli Dirçəliş gününə həsr olunmuş dəyirmi masa keçirildi. İlk öncə şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Tədbiri giriş sözü ilə məktəbin direktoru N.Quliyev açaraq tədbir iştirakçılarına Konstitusiya və Milli Dirçəliş günü haqqında ətraflı məlumat verdi. Bildirildi ki,1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq Konstitusiya qəbul edildi.1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini N.İsmayılov və məktəbin tarix müəllimi Ş. Səfərova da öz çıxışlarında Konstitusiya və Milli Dirçəliş günü haqqında geniş məlumat verdilər. Məktəbin şagird və müəllim kollektivinın iştirak etdiyi tədbirdə şeir və kompozisiyalar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi