76 saylı məktəbdə Dirçəliş gününə həsr olunmuş tədbir keçirildi

76№ tam orta məktəbin müəllim və şagird kollektivi 17 -noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycanın dövlət himninin səslənməsi, milli bayrağımızın səhnəyə gətirilməsi ilə başlandı.Gecədə məktəbin direktoru Tağıyeva Tehranə “17 noyabr - Azərbaycanda müstəqilliyin yeni dövrünün başlanğıcıdır” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə əsrlər boyu azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlamasından, 17 noyabr - Milli Dirçəliş Gününün Azərbaycan xalqının öz müstəqilliyini bərpa etmək uğrunda apardığı mübarizənin qanunauyğun nəticəsi olmasında danışılmışdır.T.Tağıyeva bu mübarizənin 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə nəticələndiyini, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə müstəqilliyimizin dönməz və əbədi xarakter aldığını bildirmişdir.Məktəbimizin şagirdləri Ulu öndər H. Əliyevə həsr olunmuş. Vətən, azadlıq, müstəqillik mövzusunda şeirlər söylədilər..Məktəbimizin 1ç sinif şagirdləri milli rəqslərimizdən nümunələrlə məktəbimizin 10ç sinif şagirdi Həsənov Hüseyin xalq çalğı alətləri ilə maraqlı konsert proqramı ilə çıxış etmişdir.