76 № məktəbde Bayraq Günü kecirildi

5 noyabr 2015- ci il tarixdə Ə.Məmmədov adına 76№ li tam orta məktəbin akt zalında 9 Noyabr “Bayraq gününə” həsr olunmuş tədbir keçirildi.Tədbiri məktəbin rus bölməsi üzrə ipdidai sinif müəllimələri O.Şahvələdova,M.Salmanova, T.Qayıbova, A.Şahbazova,O.İsmayılovna hazırlamışdı.Tədbirin əvvəlində şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər. Sonra giriş sözü ilə məktəbin direktoru T.Tağıyeva tədbiri açıq elan etdi. Tədbirdə “Bayraq” sözünün mənşəyi, etnoqrafiyası “Batiraq” sözündən olub “Sancılan”, “Sancaq”- mənasını verməsi və bu gündə bütün Türk dünyasında “Bayraq” əvəzinə “Sancaq” sözünün işlənməsinin buna sübut olduğu açıqlanır. Tədbirdə ilk bayrağın qaldırılmasından, yəni Xürrəmilər Hərəkatının başçısı Babəkdən bu günədək bayrağımızın keçdiyi müsibətli yol açıqlandı. Sonra bugünki üçrəngli bayrağımızın ilk dəfə Cümhuriyyət Dövründə 1918- ci il noyabrın 9-da Hökumətin başçısı Fətilə xan Xoyskinin məruzəsi ilə təsdiq edilmiş və həmin gün parlamentin binası üzərində dalğalanması qeyd edildi. Sonra qeyd edildi ki, 2007-ci il noyabrın 17-də İlham Əliyevin bayraq gününün təsis edilməsi və hər il noyabr 9-u “Bayraq günü”kimi qeyd edilməsi sərəncamını verdi. 2008- ci ildən hər il xalqımız Cümhuriyyət dövrü qaldırılmış milli bayrağımızın doğum gününü bayram edir. Bugünki tədbirdə də şagirdlərimiz vətənpərvərlik hissləri göstərərək yüksək səviyyədə ruh yüksəkliyi ilə tədbiri başa vurdular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi