76 saylı məktəbin ibtidai siniflərinin Bayraq muzeyinə ekskursiyası

Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 № saylı tam orta məktəbin ibtidai sinif şagirdləri payız tətili ilə əlaqədar ekskursiyaya getməyi qərara aldılar.Sinif müəllimlərinin Bayraq muzeyinə getməyi planlaşdırılmaları bütün şagirdlərin ürəyincə oldu.Məktəbin direktoru Tağıyeva Tehranə xanımın dəstəyi sayəsində bu arzu reallaşdı Bayraq Meydanı Muzeyi ilə razılaşdırıldıqdan sonra ekskursiya baş tutdu.Muzeydə gördükləri Azərbaycanın ilk bayrağı uşaqların heyrətinə səbəb oldu.Onlar bayrağımız haqqında xeyli məlumat aldılar.Bayraq günü və Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir.2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı Prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində qoyulmuşdur. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.Şagirdlər öz şeir paylarını muzeyə gələnlərə töhvə edilər, şagirdlərin söylədikləri böyük alqışlarla qarşılandı.Şagirdlər böyük təsüratla muzeydən ayrııdilar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi