Bayraq gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi

Məktəbin illik fəaliyyət planının 1.3.12-ci bəndinə müvafiq olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə 9 NOYABR BAYRAQ GÜNÜ ilə əlaqədar olaraq məktəbdə silsilə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu məqsədlə şagirdlər arasında rəsm müsabiqəsi elan olunmuşdu. Müəllimlərdən ibarət münsiflər heyəti şagirdlərin əl işlərinə baxaraq fərqlənən şagirdləri müəyyənləşdirmişdilər.Şagirdlər öz hazırladıqları işlərdə vətənimizə, bayarğmıza olan sevgilərini bildirmişdilər.