Milli Aviasiya Akademiyasına ekskursiya

Məktəbin illik Fəaliyyət planının 1.3.7-ci bəndinə uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi və tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədi ilə 25 oktyabr 2017-ci il tarixində məktəbin 8c və 4d sinif şagirdləri Milli Aviasiya Akademiyasında ekskursiyada oldular. Şagirdlərimiz bu ekskursiya zamanı Milli Aviasiya Akademiyasının əməkdaşları tərəfindən çox böyük qayğı ilə qarşılandılar. İlk tanışlıq Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyinə oldu. Muzeyin bələdçisi şagirdləri aviasiyanın dünənini və bu gününü əks etdirən eksponatların toplandığı bu muzeyin fondu və ekspozisiya şöbələri ilə ətraflı tanış etdi. Şagirdlərimiz mərkəzdən zəngin təəssüratlarla ayrıldılar.