Valideyn icmasının nümayəndələri ilə görüş keçirildi

Oktyabrın 27-də məktəbin Fəaliyyət planının 1.4.3-cü bəndinə uyğun olaraq təhsil prosesinə valideynlərin cəlb edilməsi və ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə məktəbin bütün siniflər üzrə valideyn icmasının nümayəndələri ilə görüş keçirildi. Görüşdə 2017-2018-ci dərs ilində qarşıda duran vəzifələr haqqında valideynlər məlumatlandırılaraq, onlara "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən" təhsilalanların və onların valideynlərinin hüquq və vəzifələri də geniş izah olundu. Görüşdə, həmçinin valideynlərin rəy və təklifləri dinlənilərək onları narahat edən suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi