Fənn aylıqları keçirilir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədi ilə məktəbimizdə fənn aylıqları keçirilir. Oktyabr ayı məktəbimizdə texnologiya, rəsm və musiqi aylığı elan olunub. Bununla əlaqədar olaraq müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Bu gün məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi açılıb. Bütün valideynlərimizi sərgiyə dəvət edirik.