II-IV SİNİFLƏRDƏ OXU TEXNİKASININ YOXLANILMASI ÜZRƏ MONİTORİNQ KEÇİRİLDİ

Oktyabrın 13-də məktəbin illik fəaliyyət planının 1.1.2.7-ci bəndinə uyğun olaraq II-IV siniflərdə şagirdlərin oxu bacarıqları səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsinin təşkili məqsədi ilə monitorinqə başlanıldı.Ayrı-ayrı siniflərdə aparılan yoxlama zamanı məlum oldu ki, şagirdlər üçün göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər. Lakin buna baxmayaraq II-IV siniflərdə normativi yerinə yetirməkdə çətinlik çəkən şagirdlərdə var. Bununla əlaqədar olaraq həmin siniflərin müəllimlərinə tapşırıldı ki, bu uşaqlara xüsusi diqqət ayrılsın və növbəti aylarda həmin uşaqların oxu texnikası yenidən yoxlanılması nəzərdə tutulsun. Orta məktəbə qədəm qoyan şagird məlumatların böyük bir qismini oxumaqla alır. O nə dərəcədə sürətlə oxuyursa, nə dərəcədə anlayaraq oxuyursa, intellekti bir o qədər sürətlə inkişaf edir. Ona görə də şagirdin təhsildə uğuru xeyli dərəcədə oxu bacarığının səviyyəsi ilə bağlıdır. İbtidai siniflərdə oxunun müxtəlif növlərindən istifadə etmək, şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaqla onun şüurluluğuna da təsir göstərir. Oxu prossesi həm səsli, həm də səssiz gedir. Oxunun bu növlərinin təlim prossesində öz yeri və əhəmiyyəti var. Müəllimlərin məqsədi şagirdlərə oxunun məzmununu dəqiq çatdırmaq, onların eşitmə və dinləmə bacarıqlarını inkişaf etdirmək, yol verdikləri nöqsanları tutmaq, onlara qarşı mübarizə aparmaq, nitqlərini canlı danışıq dilinə yaxınlaşdırmaqdırsa, bu zaman səsli oxudan istifadə olunmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi