5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ

5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibət ilə Bakı şəhəri Ə. Məmmədov adına 76 saylı tam orta məktəbdə tədbir keçirildi. Məktəbin direktoru N.Quliyev pedaqoji kollektivi təbrik edərək onlara gənc nəslin təlim - tərbiyəsində səmərəli fəaliyyət və uğurlu nəticələr arzuladı. Müəllim gənc nəslin mənəvi aləminin memarı, insan kapitalının formalaşmasında müstəsna rol oynayan şəxsdir. Şərəfli sənətin sahibləri ! Bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan əziz müəllimlər, Sizi 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm ! Sizə şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.Tədbirdə məktəbin təlim tərbiyə işlər üzrə direktor müavini N.İsmayılov müəllim sənətinin şərəf və ləyaqəti haqqında çox danışıldı. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllim də məhz belə şəxsiyyətlərdəndir. Tədbirin sonunda ibtidai sinif şagirdlərindən bir qrupu müəllimlik sənətinə həsr olunan şeirlər, mahnı, rəqsləri ilə məktəbin müəllim kollektivini təbrik etdilər.