MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPUNUN HAZIRLIĞI

Oktyabrın 2-də 76 saylı tam orta məktəbdə yaradılmış məktəbəqədər hazırlıq qruplarında məşğələlərə başlandı. Məktəbəqədər hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prossesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Məktəbəqədər hazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilib. Məktəbəqədər hazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunub və təhsil dövlət hesabına həyata keçirilir. Məktəbəqədər hazırlıq qruplarında həftədə 4 gün, gün ərzində 3 məşğələ tədris olunacaq.Qruplarda bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib.Məktəbimizdə hər qrupda 30 uşaq olmaqla 2 Azəbaycan və 2 Rus bölməsi üzrə məktəbəqədər hazırlıq qrupu açıldı. 5 yaşlı şagirdlərimiz həm həyəcan, həm sevinclə ilk dəfə məktəbə qədəm qoydular. Uşaqların üzündə sevinc hissi,məktəbə,müəllimə qarşı maraq hissi öz əksini tapmışdı.Məktəb direktoru bu balacaları valideynləri ilə birlikdə qarşılayaraq onlara uğurlu il arzuladı. Məktəbə hazırlıq qrupunda təcrübəli ibtidai sinif müəllimələrimiz M.Afət,B.Minacat,Ə.Ülviyyə,E.Amaliya böyük həvəslə dərs deyəcək. Balaca şagirdlərimizə və onların müəllimlərinə uğurlar arzu edirik!