76 SAYLI TAM ORTA MƏKTƏBİN ŞAGİRDLƏRİNƏ ATTESTAT VƏ ŞƏHADƏTNAMƏLƏRİN TƏQDİM OLUNMASI
17 iyul 2017-ci il tarixdə 76 nömrəli tam orta məktəbdə məzunlara şəhadətnamə və attestatların təqdim olunması mərasimi keçirildi. Məktəbin direktoru N.İsmayılov məzunlara gələcək təhsillərində müvəffəqiyyətlər və onlara ali məktəb tələbəsi adını qazanmağı arzuladı. Daha sonra valideynlər və məzunlar məktəb rəhbərliyinə və müəllimlərə öz minnətdarlığını bildirdilər və sonda xatirə şəkli çəkildi.