76 SAYLI TAM ORTA MƏKTƏBDƏ "SON ZƏNG" TƏDBİRİ KEÇİRİLDİ

14 iyun 2017-ci il tarixdə Suraxanı rayonu 76 nömrəli tam orta məktəbdə təntənəli "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim - şagird kollektivi, onbirincilərin valideynləri və məktəbin fəxri məzunları iştirak edirdilər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Aparıcılar ilk sözü məktəbin direktoru N. İsmayılova verdilər. O, onbirinciləri təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı.Ulu öndərin hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsi istiqamətində apardığı islahatları Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan, bu sahədə gedən inkişaf proseslərindən danışdı və məzunlara arzu, tövsiyyələrini bildirdi.Təlim tərbiyə işlər üzrə direktor müavini Ş.Zeynalov məzunları təbrik edərək onlara müvəffəqiyyətlər arzuladı. Onbirincilər üçün “Son zəng” səsləndikdən sonra Məzunların ürəklərindən gələn şeirlər, müxtəlif rəqslər, mahnılar bir – birini əvəz etdi. Məzunlar öz həyacan və sevinclərini müəllim və valideynləri ilə bölüşdülər. Onbirincilərin sinif rəhbərləri çıxış edərək məzunları təbrik etdilər və bu təbriklərə onların ibtidai sinif müəllimləri də qoşuldular. Onlar müəllimlərə minnətdarlıqlarını gül dəstələri təqdim etməklə bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi