MƏKTƏBİMİZİN BASKETBOL KOMANDASI “OLİMPİK MOVES” YARIŞMASINDA IV YERƏ LAYİQ GÖRÜLDÜ

76 nömrəli tam orta məktəbin basketbol komandası"Olympic Moves"yarışmasında iştirak erdərək IV yerə layiq görüldü."Olympic Moves" Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla,şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarət olub.Şagirdlərimizi əldə etdiyi uğur münasibətilə ürəkdən təbrik edirik və uğurlarının davamlı olmasını diləyirik