“1 İYUN UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜ”BAŞLIĞI ALTINDA TƏDBİR KEÇİRİLDİ

01.06.2017-ci il tarixdə “ 1 iyun Uşaqların Müdafiəsi günü “başlığı altında 76 nömrəli tam orta məktəbdə bayram tədbiri keçirildi. Tədbirdə 1”A”,1”E”4”B”,sinif şagirdləri iştirak etdilər. Bayramda ibtidai sinif şagirdləri rəngarəng proqramla çıxışları,çox maraqla qarşılandı. İstedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilib,rəqs kollektivləri milli rəqslərimizlə yanaşı,müxtəlif xalqların rəqsləri ifa olundu. Bayram münasibətilə uşaqları təbrik edən məktəbin direktoru N.İsmayılov azərbaycanlı balaların səsinin daima yüksəklərdən gəlməsini və hər zaman uğur qazanmasını arzuladı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uşaqlara dövlət qayğısının gücləndirilməsi,uşaq problemlərinə vətəndaş cəmiyyəti qrumlarının diqqətinin artırılması məqsədilə 2009-cu il “1 iyun Uşaqların Müdafiəsi günü” elan olunması haqqında məlumatları zalda əyləşən tamaşaçılara çatdırdı.