9”A” SİNİF ŞAGİRDİ RÜSTƏMOVA SEVİNC 2017-Cİ İL OLİMPİADALARININ RESPUBLİKA TURUNDA TARİX FƏNNİNDƏN I YER TUTARAQ QIZIL MEDALA LAYİQ GÖRÜLDÜ

Bu il Azərbaycan Respublikası məktəbləri arasında keçirilən fənn olimpiadasında məktəbimizin 9 “A” sinif şagirdi Rüstəmova Sevinc Tarix fənnindən I yer tutaraq qızıl medala layiq görülmüşdür.İl boyu Tarix müəllimi Nurəhmədov Rüstəm müəllimin tapşırıqlarına ciddi əməl edən,səylə çalışan Sevinc Rüstəmova fənn olimpiadasının elə ilk turlarında birincilik uğrunda mübarizə aparacağını artıq göstərirdi.Sevinc final turunda bütün bacarığını ortaya qoyaraq məktəbimizin adına layiq olan qızıl medalı qazandı.Məktəbimizin rəhbərliyi Sevinc Rüstəmovanı butün şagirdlərin qarşısında təbrik edərək,digər şagirdlərin də bu sevinci yaşamasını arzu etdilər.Zəhmət heç vaxt itmir.Çalışmaq,müəllimlərin tapşırıqlarını tam yerinə yetirmək səni layiq olduğun yerə mütləq çıxaracaq.Bunu Sevinc Rüstəmova bir daha sübut etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi