“28 MAY RESPUBLİKA GÜNÜ” BAŞLIĞI ALTINDA TƏDBİR

26 may 2017-ci il tarixində Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə "28 May Respublika günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi.Məktəbin direktoru N.İsmayılov çıxış erərək şagirdlərə Respublika Gününün tarixindən, onun qurucularından, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafı üçün gördüyü işlər barəsində danışdı.Daha sonra şagirdlərin hazırladığı slaydlarda“Azərbaycan tarixi inkişaf yollarında 1918-2017 ci il ” videoçarx nümayiş etdirildi.Çox maraqlı və məzmunlu tədbir hazırlayan məktəbimizin tarix müəllimi Şirmayi Səfərova 1918- ci ildə M.Ə.Rəsulzadə tərəfindən qoyulan, sonra isə Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmləndirilən, Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixi yolu barədə tədbir iştirakçılarına məlumat verdi.Sonda tədbir şagirdlərin ifasında şer kompozisiyası və musiqi nömrələri ilə başa çatdı.