7“Ç”SİNİFİNİN BAKI MÜASİR İNCƏSƏNƏT MUZEYİNƏ EKSKURSİYASI

Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbin coğrafiya müəlliməsi Eyvazova Aidə 7”Ç”sinifi ilə birlikdə məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə Bakı Müasir İncəsənət Muzeyinə ekskursiyaya getmişdilər.Şagirdlərə muzey haqqında geniş məlumat verilmişdi. Muzeydə Azərbaycanın gənc,avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Burada, həmçinin Azərbaycanın xalq rəssamlarının əsərləri, rəngkar və heykəltəraşların işləri də sərgilənir. Muzeyin Qərbi Avropa incəsənəti salonunda isə dünya klassiklərinin rəsm əsərləri və əl işləri nümayiş etdirilir.