"Bilik Günü"

Respublikamızın bütün təhsil müəssələrində olduğu kimi Suraxanı rayonu Ə.Məmmədov adına 76 № li tam orta məktəbdə də “Bilik günü“ qeyd edildi.Tədbirdə giriş sözü ilə məktəbin direktoru Tehranə Tağıyevaya açdı. T.M.Tağıyeva ilk öncə Azərbaycan Respubilkasının təhsil naziri M.Cabbarov tərəfindən Bakı şəhəri 76 № -li tam orta məktəbin təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərə və 2014/2015-ci tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən Fəxri Fərmanla təltif olunduğunu qeyd etdi.T.Tağıyeva məktəbin keçən tədris ilindəki uğurlarından danışaraq şagirdləri xüsusilə ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərini tədris ili münasibətilə təbrik edib,onlara uğurlar arzuladı. Direktor çıxışı zamanı 2014/2015-ci tədris ilində yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlar haqqında geniş məlumat verdi. T.Tağıyeva Azərbaycan təhsilinin bugünkü inkişafının ölkə rəhbərliyinin apardığı uzaqgörən məqsədyönlü siyasətinin nəticəsi olduğunu da qeyd etdi. Tədbirdə müəllimlərin,valideynlərin, birincilərin çıxışlarından sonra " İlk zəng" çalındı.