Məktəbimizin 1ç sinfinin novruz tədbiri

76 № nömrəli tam orta məktəbində Novruz bayramı şənliyi təşkil edilmişdir. Bayram şənliyini məktəbin müəllimi Salmanova Minacat hazırlamışdır. İlk olaraq məktəbin akt zalında baş tutan Novruz şənliyində Azərbaycan himni səsləndi. Aparıcılar qeyd etdilər ki, bu gün ilıq nəfəsli, gözəl ətirli yazın gəlişini bayram edirik.Yazda təbiət canlanır. Gecə ilə gündz bərabərləşir, torpaq isinir. Bəzi heyvanlar qış yuxusundan ayılır.Tədbirə Bahar qızı gəlir. O tədbir iştirakçılarını salamlayır.Novruz bayramına hələ həftələr qalmış bütün müsəlmanlar bayrama hazırlaşır. Bayramda tonqallar qalanır, torpaq oyanır. İnsanlar, əzizlərini yad edirlər. Bütün küsülülər barışır. Novruzda qulaq falına çıxılır papaq atılar, yumurta döyüşdürərlər. Adətə görə süfrəyə “S” hərfi ilə başlayan yeddi növ ərzaq qoyurlar, səməni göyərdirlər. Səməni yazın gəlməsinin təbiətin canlanmasının rəmzidir. Sonra səhnəyə Keçəl gəlir. Öz gəlişiylə və məzəli sözləriylə tədbir iştirakçılarını güldürür.Keçəl səhnədə Kosanı səsləyir. Kosa gətirdiyi bayram sovqatını balaca məktəblilərə paylayır. Keçəl və Kosa şagirdləri başlarına yığaraq şeirlər, mahnılar söyləyib, rəqs etdilər, tədbir iştirakçılarına bayram sovqatı payladılar.Məktəbli İslam qeyd etdi ki, bəzi qədim inaclara görə kainat dörd ünsürdən: su, od, yel və torpaqdan yaranıb. Hər il dörd çərşənbə Novruzda, günün bəhrələnməsindən əvvəl qeyd olunur.Birinci – su çərşənbəsi adlandırılır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirir, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.İkinci – od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.Üçüncü – yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.Dördüncü – torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.Sonra qızlardan ibarət rəqslər ifa olunur. Vətənə aid şeirlər söylənilir. Bahar səhnəcikləri göstərildi. Arzu olundu ki, Azərbaycanda sülh olsun, torpaqlarımüz geri qaytarılsın. Vətənimizin insanları şən yaşasınlar, Novruzda qüssə-qəmləri yox olsun, sevgi dolu, nur dolu novruzu sevinclə qarşılasınlar, qoy bu bahar yaz boyu günəş saçsın.Sonda məktəbin direktoru Tehranə Tağıyeva çıxış edərək bütün tədbir iştirakçılarının bayramını təbrik etdi, onlara həyatda can sağlığı arzuladı. Tədbirin hazırlanmasında əməyi olan və iştirakçılardan I sinif şagirdlərinin müəllimi Salmanova Minacat müəllimləri təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi