2 APREL ŞƏHİDLƏRİNİN İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

4.04. 2017- ci il tarixində 76 nömrəli tam orta məktəbin akt zalında 2016 -cı il 1-4 aprel tarixlərində cəbhədə baş verən döyüşlərin ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbiri məktəbin hərbi hazırlıq müəllimi Vahid Mühacirov təşkil etmişdi.Tədbiri giriş sözü ilə Vahid müəllim açaraq keçən il bugünkü tarixdə baş vermiş aprel hadisələri haqda məlumat verdi. Azərbaycan Respublikasının ordu quruculuğu, ordumuzun rəşadətli döyüşləri,torpaqlarımız uğrunda gedən gərgin mübarizənin tarixi haqda danışan Vahid müəllim bugünkü gənclərin də azad və müstəqil Azərbaycanın gələcəyi naminə daim hazır olduqlarını əminlikləvurğuladı. Sonra söz məktəbin direktoru Nəriman İsmayılova verildi.Nəriman müəllim üzünü gənclərə- 10-11 -ci sinif şagirdlərinə tutaraq torpaqlarımız,vətənimiz uğrundaaparılan mübarizənin əhəmiyyətindən danışdı. O, əmin olduğunu bildirdi ki,bu gün parta arxasında əyləşən siz gənclər sabah savadl ıəsgər və zabitlər olaraq torpağımızın , vətənimizin keşiyində duracaqsınız Torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda şəhid olan bütün oğul və qızlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edildi.Sonda ordu quruculuğuna aid slayd nümaiş edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi