Valideyin iclasları keçirilib

Fevralın 7-də Fəaliyyət planına uyğun olaraq məktəb rəhbərliyi və valideynlərinin iştirakı ilə iclas keçirilib.
Görüşdə əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılmasıdır.
İclasda I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdə sağlam, təhlükəsiz mühitin yaradılması, uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, keçirilən monitorinqlərin nəticələri, dərsə davamiyyət, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir. Valideynləri maraqlandıran suallar cavablandırılıb.