Şəhid Ələddin Məmmədovun xatirəsinə həsr olunmuş tədbir

15.05.2015-ci il tarixində məktəbin direktoru Tağıyeva Tehranə xanımın təşkili ilə məktəbimizin adını daşıyan Şəhid Ələddin Məmmədovun doğum günü keçirildi.Tədbirdə şəhidin qardaşı Nurəddin Məmmədov və müəllim, şagird kollektivi iştirak etdilər.Şagirdlər şeirlərlə, mahnılarla, şəhid Ələddin Məmmədovu yad elədilər.Gecədə məktəbin direktoru Tağıyeva Tehranə xanım şəhid haqqında öz gözəl fikirlərini söylədi.Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar.Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər.Ələddin Məmmədov bizim qəlbimizdə həmişə yaşayacaq. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi