Buraxılış siniflərində monitorinq keçirilib
Dekabrın 9-da məktəbin Fəaliyyət planına uyğun olaraq IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdən ibarətdir.
Monitorinq yoxlamalarının nəticələri şagirdlərin tədris standartlarını necə və hansı səviyyədə mənimsədiyini, onların hansı mövzulardan və suallardan çətinlik çəkdiyini müəyyənləşdirməyə imkan verir.