"XOCALI" FACİƏSİNİN 25-Cİ İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

22.02.2017 -ci il tarixində 76 № li tam orta məktəbin akt zalında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin müəllimləri, şagirdlər, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əzizə Ağahüseynqızı,Telli Sənəm Borçalı, Qəzənfər Məsimoğlu və məktəbin məzunu ATV Telekanalının aparıcısı Fariz İlyasov da iştirak edirdi. Tədbirin təşkilatçısı ibtidai sinif müəllimi Aybəniz Heydərova çıxış edərək Xocalı faciəsinə həsr olunmuş tədbiri açıq elan etdi. Şagirdlər Xalqımızın tarixində qanla yazılmış bu soyqırım hadisəsinə həsr olunmuş şeirlər söylədilər, kompozisiyalar təqdim etdilər. Sonda qonaqlarda öz şeirlərini oxudular. Məktəb direktoru N.İsmayılov sonda çıxış edərək tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirdi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi