“Ana dilimiz mədəni sərvətimizdir" mövzusunda tədbir keçirilib
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq dil-ədəbiyyat aylığı çərçivəsində fevralın 21-də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı və şagirdlərinin iştirakı ilə “Ana dilimiz mədəni sərvətimizdir" mövzusunda tədbir keçirilib.
Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.
Tədbirdə ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığından danışılıb. Mövzuya aid videoçarxlar nümayiş etdirilib. Şagirdlərin ifasında əsərlərdən hissələr səhnələşdirilib.
Məktəbin direktoru Şəfəq İbişova çıxış edərək tədbirin təşkilinə görə sinif rəhbəri və şagirdlərə öz minnətdarlığını bildirib.