"20 YANVAR" FACİƏSİNİN 27-Cİ İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

18.01.2017- ci il tarixdə Ə. Məmmədov adına 76 № li tam orta məktəbdə "20 Yanvar faciəsi" nə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin ibtidai sinif müəllimləri A.Heydərova və İ. Bayramova təşkil etmişdilər. Tədbirdə məktəbin direktor əvəzi N.İsmayılov, müəllimlər, yuxarı sinif şagirdləri və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan himninin oxunması ilə başladı.Torpaqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər, mahnılar dinlənildi.Sonda Nəriman müəllim çıxış edərək tədbiri təşkil edən müəllimlərə və şagirdlərə təşəkkür etdi.Şagirdlərimizə şəhidlərin qanı hesabına qazanılmış müstəqil Azərbaycanın layiqli övladları olmağı arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi