IX siniflərin buraxılış imtahanları ilə əlaqədar təlimatlandırılması

27.12.2016 - cı il tarixində 76 № li tam orta məktəbdə IX sinif şagirdlərinin iştirakı ilə iclas keçirildi. İclasda məktəb direktoru, təlim- tərbiyə işləri üzrə direktor müavini, fənn müəllimləri iştirak etdilər. İclasda məktəb direktoru 26.12.2016 - cı il tarixində BŞTİ və Suraxanı - Xətai məktəb direktorlarının birgə iclasındakı məlumat və tapşırıqları məktəb kollektivinə və əsasəndə IX sinif şagirdlərinə çatdırdı. O bildirdi ki,yeniliklər təkcə 2016-2017 ci dərs ilinin buraxılış imtahanlarında deyil,həm də 2017-2018 -ci tədris ilində 10- cu siniflərin komplektləşməsində də nəzərdə tutulub. Zonalar üzrə təmayül siniflərinin açılması və bununla bağlı yaranan suallara cavab verən direktor növbəti görüşün valideynlərlə birgə keçiriləcəyini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi