"UŞAQLARIN ASUDƏ VAXTININ SƏMƏRƏLİ TƏŞKİL OLUNMASI"

02.12.2016-cı il tarixdə məktəbimizdə ”Uşaqların asudə vaxtının səmərəli təşkil olunması” mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə məktəbin direktoru T.Tağıyeva,təlim-tərbiyə işləri üzrə direktor müavini N.İsmayılov,dil ədəbiyyat müəllimələri Q.Quliyeva,S.Rəşidova,Kitabxana müdiri R.İbadova pisxoloq, Y.Cabbarova,UBR S.Hüseynova və məktəbimizin şagirdləri iştirak etdilər. Məktəbin direktoru T.Tağıyeva çıxış edərək bildirdi ki,bugünkü söhbətimiz şagirdlərlə səmimi və qarşılıqlı hörmət əsnasında baş tutacaq.Bugünkü gəncliyin,müasir dövrümüzün uşaqları olan sizlərin bəxtinə gözəl bir zaman,müstəqil bir ölkənin vətəndaşı olmaq xoşbəxtliyi nəsib olub.«Vaxt qızıla bərabərdir» deyənlər səhv etməyiblər. Hər vaxtın tam, dolğun sərf edilməsi, vaxt itkisinə yol verilməməsi zamanın tələbidir.Hər yaş dövründə bu vaxtdan düzgün istifadə etmək özünəməxsus əhəmiyyət kəsb edir. Məktəblilərin asudə vaxtının düzgün təşkili onların müəyyən fəalliyyətə cəlb olunması deməkdir. Asudə vaxt düzgün təşkil olunduqda şagirdlərdə əməyə maraq güclənir, onlarda mədəniyyət və incəsənət nümunələri ilə tanış olmaq həvəsi artır. Asudə vaxtından düzgün istifadə forması şəxsiyyətin şüur və əqidəsinə, həyata baxışına təsir edir, onların inkişafına təkan verir.Uşaq kitabxanaları gənc nəslin tərbiyəsində misilsiz təsir qüvvəsinə malikdir. Gənc nəslin tərbiyəsi və mütaliəsi ilə məşğul olan hər bir kitabxanaçı işini elə qurmalıdır ki, yetişən hər bir gənci dövrün tələbinə cavab verə biləcək və bir səviyyəyə çatdıra, bilik və bacarıqlara yiyələndirə bilsin. Şagirtlərin fiziki cəhətdən sağlam və gümrah olmasında, həm də mənəviyyatca formalaşmasında vaxtdan səmərəli istifadə etmək böyük əhəmiyyətə malikdir.Tədbirin sonunda məktəb rəhbərliyi"Narkomaniya bəşəriyyətin bəlasıdı" mövzusunda çıxış edərək nakomaniyanın insan həyatına mənfi təsirindən danışdı.Narkomaniyaya həsr olunan videoçarx nümayiş etdirildi.