"ÖLKƏMİZİ TANIYAQ" TUR AKSİYASININ NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ SURAXANI RAYONU MƏKTƏBLƏRİ ARASINDA 76 SAYLI TAM ORTA MƏKTƏBİN ŞAGİRDLƏRİ İŞTİRAK ETDİLƏR

“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsi çərçivəsində noyabrın 17-də Suraxanı rayonu məktəbliləri arasında 76 saylı tam orta məktəbin şagirdləri də iştirak etmişdilər.Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon parkında ucaldılan abidəsini ziyarət ediblər,Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin Lənkəran şəhərində Gənclər Mərkəzinin açılışı zamanı dediyi bu fikirləri xatırladıb:“Çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir”.Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışmada Abşeron,Xətai,Səbail,Suraxanı,Salyan,Cəlilabad,Neftçala və Zəngilan rayonlarından 500-ə yaxın məktəbli iştirak edib.Əvvəlcə şagirdlər hər birində 6 nəfər olmaqla müxtəlif adlar altında komandalara bölünüblər. 59 komandanın mübarizə apardığı turnirdə iştirakçılara müxtəlif sahələrə aid 24 sual təqdim olunub.Sualların böyük əksəriyyətini doğru cavablandıran məktəbimizin yarış iştirakçılarına sertifikat təqdim olunub.Şagirdlər onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.