76 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ "BAYRAQ" GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ

7 noyabr 2016-cı il tarixində Ə.Məmmədov adına 76 saylı tam orta məktəbdə“9 Noyabr- Dövlət Bayraq günü”ilə əlaqədar tədbir keçirildi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru T.Tağıyeva açdı. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Dövlət Bayrağı günü haqqında məlumat vedi.Bildirdi ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyi rəmzidir. Bayraq bizim milli dəyərimizdir. Tədbirə dəvət olunan Suraxanı Rayonu Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının sədrləri K.Kərimov və M.Heydərli çıxış etdilər. Məktəbin direktoru T.Tağıyevaya tədbirə gələn qonaqlara öz təşəkürünü bildirdi.Aparıcı Dövlət Bayrağımızın yaranma tarixindən,bayrağın üzərindəki rənglərin anlamlarından və 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayraq meydanında dünyanın ən böyük bayrağının paytaxtımızın səmasında dalğalanmasından danışdılar.Şagirdlərimiz” Bayraq günü” ilə əlaqədar şeirlər söyləyib,səhnəciklər təqdim edib,mahnılar ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi