SURAXANI RAYONU MİLLİ MƏCLİSİNİN DEPUTATI SEVİNC FƏTƏLİYEVA VƏ İCRA HAKİMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

03.11.2016-cı il tarixdə Ə.Məmmədov adına 76 № li tam orta məktəbdə Suraxanı rayonundan seçilmiş Milli Məclisin deputatı Sevinc Fətəliyeva ilə görüş keçirildi.Görüşdə Suraxanı rayon İcra Hakimiyyətəinin nümayəndəsi Afət xanım,humanitar məsələlər üzrə müavin Yeganə xanım,281№ li məktəbin direktoru Gülşən xanım,”Qadın və İnkişaf”mərkəzinin Suraxanı rayon şöbəsinin sədri Şövkət xanım,məktəbimizin qadın müəllimləri və qəsəbəmizin fəal qadınları iştirak edirdi.Tədbirdə Sevinc xanım qadınlarla səmimi söhbət etmək istədiyini və onların problemlərini,onları maraqlandıran məsələləri dinləmək istədiyini bildirdi.Görüş iştirakçıları çıxış edərək bir sıra problemlərdən danışdılar:Məktəbimizin müəlliməsi Ü.Əliyeva çıxış edərək məktəb şagirdlərinin sayının çox olmasını nəzərə alaraq,əlavə korpusun tikilməsi təklifini verdi.Digər qonaqlar qəsəbədə yeni xəstəxananın tikilməsinə ehtiyac olduğunu bildirdilər.Qəsəbədə məcburi köçkünlərin yaşadığı bağçanın bərbad vəziyyətdə olduğunu və təmirə ehtiyacı olduğunu vurğuladılar.Deyilən təkliflərə və verilən suallara deputat Sevinc xanım və İcra nümayəndəsi Afət xanım öz münasibətlərini bildirdilər.Sevinc xanım Milli Məclisdə apardığı işlər, barəsində tədbir iştirakçılarına məlumat verdi.Görüşdən məmnun qaldığını,belə söhbətlərin tez-tez aparılmasının vacibliyinib vurğuladı