18 OKTYABR - AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİK GÜNÜ

18.10.2016-ci il tarixində 76 saylı tam orta məktəbin akt zalında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İ.Nəriman bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi,xoş arzularını çatdırdı.O,öz çıxışında vurğuladı ki,Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 25 illiyini böyük sevinc və qürur hissi ilə qeyd edir.Sonra məktəbin tarix müəllimi S.Sitarə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət müstəqilliyimiz haqqında geniş məlumat verdi.Tədbirdə şagirdlərimizin ifasında müstəqilliyə aid şeirlər və mahnılar səsləndirildi rəqslər nümayiş etdirildi.