5 YAŞLI UŞAQLARIN MƏKTƏBƏHAZIRLIQ TƏDRİSİ BAŞLANDI

03.10.2016-cı il tarixdə məktəbimizə 5 yaşlı uşaqların məktəbə hazırlıq qurupları fəaliyyətə başladı. Məktəbimizdə Azərbaycan bölməsi üzrə 40,Rus bölməsi üzrə 60 uşaqdan ibarət məktəbəhazırlıq qrupu ilk məşğələsinə başladı.28,29.09.2016-çı il tarixdə beş yaşlıların valideyinləri ilə görüşlər keçirilmiş və valideyinlərlə bu layihənin mahiyyəti haqqında maarifləndirici söhbətlər aparılmışdır.Valideyinlərin maraqlandıran suallar cavablandırdılar.Uşaqlar valideynlərlə birgə məktəb ərazisinə toplaşmışlar.Uşaqları məktəb rəhbəri Tağıyeva Tehranə salamladı.Bu gün münasibəti ilə bütün uşaqları təbrik etdi,onlara uğurlar arzuladı.2016/2017-cı il tədris ili üçün həftədə 4-gün olmaqla quruplarda məşğələlər mayın 31-də başa çatdırılacaq.Məktəbə hazırlıq kursunda uşaqlara ətraf aləmlə tanışlıq,savad təliminə hazırlıq,bədii təfəkürün inkişafı,məntiq və riyazi təfəkürün inkişafı,təsviri fəaliyyət,musiqi və fiziki mədəniyyət dərsləri tədris ediləcək.Hazırlıq quruplarında təcrübəli ipdidai sinif müəllimələr seçilmişdi.Məşğələnin ilk günü quruplara qatılan balacalar üçün olduqca maraqlı anlarla yadda qaldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi