2016/2017-CI TƏDRİS İLİNİN İLK PEDAQOJİ ŞURASI KEÇİRİLDİ

14 Sentyabr 2016-cı il tarixdə Suraxanı rayonu Ə.Məmmədov adına 76 saylı tam orta məktəbdə Pedaqoji Şuranın növbəti 2016/2017-cı tədris ilinin ilk pedaqoji şurası keçirildi.Pedaqoji şura məktəbimizin direktoru Tağıyeva Tehranə xanımın çıxışı ilə başladı.İlk olaraq müəllim heyyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi.Daha sonra yüksək balla universitetə qəbul olan şagirdlərin adlarını səsləndirildi.Məktəbimizə yeni qəbul olunmuş müəllimləri təbrik edib məktəb kollektivilə tanış edildi.İclasda ötən dərs ilinin yekunlarına dair hesabat dinlənildi və cari tədris ili üçün yeni istiqamətlər və fəaliyyət planı müəyyənləşdirildi.İclasın gündəliyi aşağıdakı məsələlərdən ibarət idi:1.Ötən ilin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələr; 2.9-siniflərin buraxılış imtahanlarının nəticələri barədə 3.Məktəbin illik fəaliyyət planının təsdiq edilməsi 4.Yay tapşırıqlarının nəticələri.5.Cari məsələlər.Metodbirləşmə sədrləri yeni tədris ilində qarşıya qoyulan məqsədlər barədə danışdı.Dərs hissə müdirlərinin çıxışları dinlənildi, müəllimlərlə birlikdə bəzi məsələlərin müzakirəsi aparıldı, onların təklifləri dinlənildi.Yeni tədris ilinin başlanması ilə əlaqədar məktəbin sinif otaqlarında və fənn kabinetlərində təmizlik işləri aparılmışdır:divarlar rənglənmiş,döşəmələr laklanmış,pəncərə şüşələri,partalar,oturacaqlar silinmişdir.Məktəbdə 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referenduma hazırlıq işləri başa çatmışdır.Azərbaycan RespublikasıTəsil Nazirliyi,Bakı şəhəri üzrəTəhsil İdarəsinin göstərişlərinə əsasən şagirdlərin bütün dərsliklərlə təminat işi də uğurla həyata keçirilir.Şagirdlərin dərsliklərlə,müəllimlərin isə müəllim üçün metodik vəsaitlərlə tam təmin olunması işinə kitabxanaçı İsmayılova Sədaqət xanımla bərabər məktəb rəhbərliyi ciddi nəzarət etmişdir.Arzu edirik ki,başlıqda dərc etdiyimiz kimi uğurla başladığımız tədris ilini uğurla da başa vuraq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi