15 SENTYABR "BİLİK GÜNÜ"NƏ HƏSR OLUNMUŞ TƏDBİR

Bu gün 76 nömrəli tam orta məktəbdə bilik günü qeyd olundu. 15 sentyabr "Bilik günü"nə həsr olunmuş tədbir açıq elan edildikdən sonra Azərbaycan Dövlət bayrağı qaldırıldı və Dövlət himni səsləndi. Məktəbin direktoru T.Tağıyeva bu ilki məzunlarımızın uğurları, onların ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərrinə yüksək balla daxil olmaqları haqda məlumat verdi. Təhsilin inkişafında qayğısına görə ölkə Prezidenti cənab İ.Əliyevə məktəb kollektivi adından təşəkkür etdi. Builki 11-cilərdən 626 ball toplayaraq tələbə adını qazanmış məzun Muxtarlı Qəhraman,Məmmədov Ayxan 583 bal,Abbasov Rasim 547bal,Əhədov Əlihüseyin 514 bal toplamış nümunəvi şagirdlərdən olmuşdular. Müəllim və məktəbliləri, xüsusən birinci sinif şagirdlərini, onların valideynlərini, bütün pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Daha sonra birinci sinif şagirdlərinin ifasında şeirlər səsləndirildi.Sonda birincilər üçün ilk zəng, çalındı.