1"D" SİNFİNİN BURAXILIŞ TƏDBİRİ

2016-cı il 16 may tarixində məktəbimizin (rus bölməsi üzrə)1d sinif şagirdlərinin buraxılış tədbiri keçirildi.Birincilər bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar.Biz birincilərin birinci dəfə səhnədə çıxışlarının şahidi olduq.Sinif rəhbəri Təhminə müəllimə və şagirdlər bu bayramın maraqlı keçməsi üçün əllərindən gələni əsirgəməmişdilər.Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər.Valideynlərə övladlarının böyük auditoriya qarşısında çıxışına tamaşa etmək çox xoş idi.Bayram çox təntənəli və maraqlı keçdi.Uşaqlar oxumaq bacarıqları ilə yanaşı,vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirdilər.Axı həyatda oxumaqla yanaşı,öyrənməli çox şeylər var.Tədbirdə məktəbin direktoru T.Tağıyeva və dərs hissə müdiri N.İsmayılov iştirak etdilər tədbir haqqında öz gözəl fikirlərini söylədilər. Şagirdlərin Azərbaycan,rus,dilində şeirlər deməsi,Azərbaycan və xarici ölkələrin milli rəqsləri, bütün uşaqların sevimlisi olan nağıl qəhrəmanları -Zoluşka, Buratino,Malvina,Qırmızı papaq valideynlərin və şagirdlərin çox xoşuna gəldi.Tədbirdə məktəbimizin 5”c”sinif şagirdləri də ştirak edirdilər.Onlar müxtəlif mahnılar oxuyub, şeirlər söyləyib,rəqs etdilər.Səhnənin gözəl bəzədilməsi,zalın bədii tərtibatı,ciddi hazırlıq işlərinin aparılmasından xəbər verirdi.Bu yolda onlara uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi