ŞAGİRDLƏRİMİZ QALA DÖVLƏT TARİX ETNOQRAFİYA QORUĞUNDA

13.05.2016-cı il tarixdə məktəbimizin müəllim və şagirdlərinin "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil olunmuşdur. Ekskursiya həm müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Şagirdlər öncə qoruqdakı "Qala" Arxeolojı-Etnoqrafik Muzey Kompleksini və "Qala" Əntiq Əşyalar Muzeyini gəzərək Qala qəsəbəsinin tarixi haqqında məlumat əldə etmişlər. Qala qəsri və qoruq ərazisindəki digər abidələrlə tanışlıq da məktəblilərdə böyük təəssürat yaratmışdır.Ekskursiya zamanı şagirdlər maraqlı şəkillər çəkmiş, tarixi faktlar toplamış, ulu əcdadlarımızın həyat tərzi və sənətləri ilə yaxından tanış olmuşlar.Məktəblilər Azərbaycanın zəngin tarixi, maddi-mədəni abidələri ilə tanışlığa imkan verən və Vətənə sevgi hissi aşılayan müvafiq ekskursiyalarda gələcəkdə də böyük məmnuniyyətlə iştirak etməyə hazır olduqlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi