Məktəbdə Dövlət Bayrağı Günü qeyd olundu

Noyabrın 8-də 74 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri ibtidai sinif müəllimi Şəfa Rzayeva 3”A” sinif şagirdləri ilə birlikdə təşkil etmişdir. “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gəldi. Tədbirdə dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışıldı. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızı şagirdlər başları üzərində dalğalandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi