HAQQIMIZDA

 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 137 ünvanında yerləşən 74 nömrəli tam orta məktəbin binası 1959 - cu ildə inşa olunmuşdur. Məktəbdə təhsil beşgünlük və ikinövbəlidir. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. 2017-cı ildə Təhsil Nazirliyi tərəfindən məktəbdə əsaslı təmir-bərpa işləri aparılmaqla müasir standartlara uyğun təmir olunaraq təkrar istifadəyə verilmişdir. Məktəbdə 1728 şagirdin təlim-tərbiyəsi ilə 90 müəllim məşğul olur.

 Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəbin tibb bacısı nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilmişdir. Kitabxanada oxu zalı yaradılmışdır. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər də qənaətbəxşdir. Məktəbin “Şahin” komandası rayon üzrə keçirilən yarışlarda uğurla çıxış edərək Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir - metodik işlərin səviyyəsi artırılır, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edilir, dəyirmi masalar və görüşlər keçirilir. Milli kurikulumun tətbiqi ilə əlaqədar olaraq müəllimlərin xüsusi təlimlərdən keçmələri təmin edilir. Müəllimlərin kurikulum ilə işləmə prinsipi, yeni metod və texnologiyaların yaradıcı şəkildə tətbiqi ilə bağlı məsuliyyətləri artırılır.

 Məktəb fəaliyyət göstərdiyi illərdə öz məzunları ilə həmişə fərqlənib. Belə ki, məktəbin məzunları içərisində dövlət və elm xadimləri vardır. Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.

 Məktəbin idarə olunmasında valideyn icması və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə müxtəlif təmayül sinifləri yaradılmışdır.

 2016/2017-ci tədris ilindən etibarən məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılmışdır ki, bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Məktəbimiz son illərdə bir sıra uğurlara imza atmışdır.

 2017/2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi  və “British Council”un birgə əməkdaşlığı ilə ingilis dili müəllimləri üçün təşkil edilən“Uğur üçün tədris” (SPEX) layihəsi uğurla yekunlaşmışdır.

 2020/2021-ci tədris ilindən məktəbdə STEAM layihəsi tətbiq edilməyə başlayıb. STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

Bakı şəhəri 74 nömrəli tam orta məktəb 2023-cü ildə “ümumi təhsil müəssisələri” kateqoriyası üzrə “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin "Bakı məktəblilərinin I MUN konfransı" layihəsi üzrə qalib olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi