
- Murad Zeynalov Fəxrəddin
- Vəzifə: Direktor
- Fənn: Riyaziyyat
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Təvəllüd: 26.04.1986
- İlk fəaliyyət ili: 16.07.2020
- E-mail: [email protected]
2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində bakalavr təhsili alıb. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2009-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyazi-analiz ixtisaslaşması üzrə magistr təhsili alıb. 2011-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi “Müəllimlərin İşə Qəbulu” müsabiqəsində iştirak edərək Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul olunub. 2011-2016-cı illərdə Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində çalışıb. 2015-2016-cı ildə Təhsil Nazirliyinin təşkil etdiyi “Potensial məktəb direktorları” təlim kursunu müvəffəqiyyətlə bitirmiş və “Uğur” sertifikat almışdır. 2016-cı ildə TİPİİ tərəfindən təşkil edilmiş "Məktəb direktorları üçün yay məktəbi"ndə iştirak etmişdir. 2016-2020-ci illərdə Bakı şəhəri 78 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 2017-ci ildə “ümumi təhsil müəssisələri” kateqoriyası üzrə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin, 2018-ci ildə “ümumi təhsil müəssisələri” kateqoriyası üzrə “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”nin qalibi olmuşdur. 2019-cu ildə “Təhsildə inkişaf və innovasiyalar üzrə üçüncü qrant müsabiqəsi” çərçivəsində ADA universitetinin “Məktəb idarəediciləri üçün data əsaslı qərarvermə” layihəsi üzrə “Data Analitikası” təlimində iştirak etmiş və məzun sertifikatı almışdır. 2020-ci ildən Bakı şəhəri 74 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. Uğurlu fəaliyyətinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2020-ci ildə “Fəxri Fərman”la təltif edilib. Ailəlidir, 1 övladı var.