Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Mayın 23-də “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Məmmədova Məlahət tərəfindən I sinif şagirdlərinin iştirakı ilə 28 May- Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. “Tədbirin”in keçirilməsinin əsas məqsədi şagirdlərə tariximizi tanıtmaq, onların vətənpərvərlik hissini gücləndirmək, Vətənə, xalqa olan sevgini artırmaqdan ibarət olub. “Tədbir ” Dövlət Himninin səsləndirilməsilə başlayıb. Tədbirdə rəhbərlik, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Müəllim əvvəlcə 1917-18-ci illərdə Azərbaycanda olan vəziyyət, Cümhuriyyətin qurulması, onun təsisçiləri haqqında geniş məlumat verib. Sonra şagirdlər bugünə həsr olunmuş təqdimatlarını edib, şeirlər səsləndiriblər.