Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

30 iyun 2025-ci il tarixdə 74 nömrəli tam orta məktəbdə Ağayeva Xəyalənin rəhbərlik etditi 1D sinfi tərəfindən 1 İyun Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə ətraflı məlumat verilib, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, Azərbaycanda uşaqların xoşbəxt yetişmələri, sosial problemlərinin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından bütün addımlar atılır.
Tədbirlərdə balaca fidanlar Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.