"Bir kərə yüksələn bayraq bir daha enməz"

Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız bü günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır - Dövlət Bayrağı Günü qeyd edilir. Ölkəmizin hər yerində olduğu kimi paytaxt məktəblərində də Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilir. 74 nömrəli tam orta məktəbdə də 9 noyabr-Dövlət Bayraq Günü münasibətilə "Bir kərə yüksələn bayraq bir daha enməz" adı altında tədbir keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbiri ibtidai sinif müəllimi Məlikova İradə 2 “Ç” sinifi ilə birlikdə təşkil etmişdir. Vətənpərvər balacalar şeirlər söyləyərək, səhnəciklər göstərərək, mahnilar ifa etdilər.