9 noyabr-Dövlət Bayraq günü

Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız bü günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır - Dövlət Bayrağı Günü qeyd edilir. Ölkəmizin hər yerində olduğu kimi 74 nömrəli tam orta məktəbdə də Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirildi Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə məktəb kollektivi ilə yanaşı bir sıra qonaqlar da iştirak etmişdir. Tədbiri öz çıxışı ilə açan məktəbin direktoru Həsənov Əfqan Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında müəyyən məlumatlar vermişdir. O, çıxışında bayraq sözünün etimologiyası, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi yol haqqında qısa məlumat vermişdir. Məktəbin tarix müəllimi Nərgiz Əliyevanın təşəbbüsü ilə baş tutan tədbir 7»D”sinif şagirdlərinin maraqlı çıxışları, ifaları və şeirləri ilə yadda qalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi