Veteranların şagirdlərlə görüşü

Respublika Veteranlar Təşkilatı gənclərdə vətənpərvərliyin yüksəldilməsi istiqamətində müntəzəm tədbirlər keçirir. Ümumtəhsil məktəblərində, liseylərdə, kollec və universitetlərdə gənclərlə görüşlər keçirilir, onlara vətəni sevməyin müqəddəsliyi aşılanır.
Respublika Veteranlar Təşkilatının təşəbbüsü ilə 74 nómrəli tam orta məktəbdə noyabr ayìnìn 1-də veteranlarla məktəblilərin növbəti görüşü keçirildi.
Veteranlar şagirdlərə dəyərli tövsiyələr verdilər, vətəni sevməyin məhz məktəblərdə aşilanmalı olduğunu bildirdilər. “Hər bir məktəbli sabahımızın layiqli vətəndaşı və cəsur əsgəridir. Məktəblərsə onları buna hazırlayan elm ocaqlarıdır”- deyə onlar bildirdilər.