“Valideynin məktəbdə bir günü” layihəsi

31.05.2019-сu il tarixində 74 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi keçirildi. Valideynlər məktəbə dəvət olundu, şagirdlərimizin əl işlərindən ibarət sərgiyə, psixoloqun aprel ayından keçirilən layihəsinə baxış, idman zalı, kitabxana, informatika kobineti ilə tanışlıq oldu. Valideynlər dərslərdə iştirak etdilər, sonra isə şagirdlərimizin hazırladıqları əyləncəli proqrama tamaşa etdilər.