“İmadəddin Nəsimi - 650” adlı tədbir

Mayın 15-də 74 nömrəli tam orta məktəbdə “İmadəddin Nəsimi - 650” adlı tədbir həyata keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Tünzalə Mahmudovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Tünzalə Məmmədova Nəsimi haqqında öz fikirlərini bildirib. Qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında və fəlsəfi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdəndir. Milli-mənəvi varlığımızın ayrılmaz hissəsi olan Nəsimi yaradıcılığının öyrənilməsi, təbliği, dünyaya tanıdılması və gələcək nəsillərə ötürülməsi bu gün hər bir təhsil müəssisəsinin qarşısında dayanan mühüm vəzifələrdəndir.

İlk olaraq “Nəsimi” filmindən fraqment nümayiş olunub. Daha sonra şagirdlər Nəsimin in həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər. Onun ifa olunan qəzəlləri tədbir iştirakçılarının zövqünü oxşayıb.

6”A” və 7”B” sinif şagirdləri “Nəsimi” filmindən bəzi səhnələri canlandırıblar. Kiçik yaşlı şagirdlərin obrazlarını böyük ürəklə ifa etmələri yüksək qiymətləndirilib.

Tədbirin sonunda məktəbin direktoru Əfqan Həsənov çıxış edərək ölkəmizdə “Nəsimi ili”nin elan olunmasının təqdirəlayiq addım olduğunu qeyd edib və tədbirin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi